Rusiya ordusu Ukraynanın Dnepropetrovsk vilayətinin Nikopol rayonunda reys avtobusuna dronla hücum edib.
Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Qanjanın verdiyi məlumata görə, zərbə nəticəsində 5 nəfər ölüb, 7 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Zərərçəkənlərə həkim nəzarəti altında lazımi tibbi yardım göstərilir.
Mənbə: bizim.media