Cəlilabadda minik avtomobili transformatora çırpıldı - FOTO

Cəlilabadda minik avtomobili transformatora çırpıldı -

Cəlilabad rayonunda “Mercedes” markalı minik avtomobili yol kənarındakı elektrik transformatoruna çırpılıb.

Hadisə köhnə Ələt-Astara magistralının rayon ərazisindən keçən hissəsində baş verib.

İlkin məlumata görə, avtomobilin sürücüsü qəfildən idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq yol kənarındakı elektrik transformatoruna çırpılıb.

Qəza zamanı sürücü yüngül xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.


Mənbə: bizim.media