Sudanda daha bir qızıl mədəni çökdü - Ölənlər var

Sudanda daha bir qızıl mədəni çökdü -

Sudanın şimal-şərqində qızıl mədəninin çökməsi nəticəsində ən azı 11 nəfər ölüb, təxminən 30 nəfər yaralanıb.

Bu barədə "Associated Press" agentliyi yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Dağıntılar altında itkin düşənlərin axtarışı davam edir.

Hadisə ölkənin şimal-şərqindəki ucqar Oni bölgəsində baş verib. Şahidlərin sözlərinə görə, çökmə şənbə axşamı başlayıb. Dövlətə məxsus Sudan Mineral Resources Co şirkətinin nümayəndəsi bazar gününə qədər 11 qurbanın cəsədinin tapıldığını və daha 30 nəfərin xilas edildiyini açıqlayıb.

Bu, Sudandakı qeyri-rəsmi qızıl mədənində bir həftə ərzində baş verən ikinci böyük çökmədir. Bundan əvvəl, 13 sentyabrda ölkənin qərb hissəsində baş verən bir sıra mədən çökmələri nəticəsində ən azı 82 nəfər həlak olmuşdu.


Mənbə: unikal.az