“Qurumlar bu problemi bir-birinin üzərinə atır”

“Qurumlar bu problemi bir-birinin üzərinə atır”

“Bakı, Gəncə və Sumqayıtda tikintinin nizamsız aparılması bir sıra böyük problemləri ortaya çıxarır”.

Bunu deputat Naqif Həmzəyev Milli Məclisdə keçirilən iclasda bildirib.

“Səs-küyə səbəb olan işləri ya gecə saatları, ya da həftə sonları həyata keçirirlər. Bu da insanların istirahət hüququnu pozur. İnsanların istirahət hüququ pozulanda da işdə verimli olmurlar. Artıq son 20 ildir dünyada şəhərlərin səs indikatoru üzrə işlər ciddi şəkildə araşdırılır. Amma bizdə bu problem araşdırılmır.

Qurumlar arasında da bu problemin aradan qaldırılması üzrə koordinasiya yoxdur. Hansından soruşursan, bir-birinin üzərinə atır. İstər Ekologiya Nazirliyi, istər Şəhərsalma və Arxitektura Komitəsi, icra hakimiyyətləri və bələdiyyə - hamısı məsələni bir-birinin üstünə atır”, - deputat qeyd edib.

Nuranə Daxilqızı

Mənbə: qafqazinfo.az