Almaniyanın Şpanqdahlem şəhərində yerləşən ABŞ hərbi hava bazasının ərazisində Birləşmiş Ştatların Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcısı qəzaya uğrayıb.
Yerli mediaya istinadla xəbər verilir ki, katapult vasitəsilə təyyarəni tərk etməyə nail olan pilot tibbi yardım üçün xəstəxanaya çatdırılıb. Təyyarə yerə düşdükdən sonra yanıb.
Qəzanın hərbi təlimdən sonra baş verdiyini və təlimdə dörd təyyarənin iştirak etdiyini açıqlanıb. Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.
Mənbə: bizim.media