Orta çəkidə UFC çempionu, amerikalı Şon Strikland avtomobil qəzasına düşüb.
O, bu barədə “Instagram” səhifəsində məlumat verib.
Hadisə sentyabrın 21-nə keçən gecə Las-Vaqasda baş verib.
O, səkkizayaqlı motosikletdə – yan-yana oturacaqları olan yolsuzluq avtomaşınında (side-by-side / UTV) sərnişin qismində və dəbilqəsiz oturduğunu bildirib.
“Uşaqlar, mən çox pis vəziyyətdəyəm. Vay, lənət olsun. Dostuma sürməyə icazə verdim. Və biz saatda təqribən 96,5 kilometr sürətlə aşdıq. Təqribən altı dəfə yuvarlandıq. Bu cızıq başımı dəbilqəsiz halda həmin sürətlə yerə vumağım nəticəsində əmələ gəlib. Mən axmağam”, – deyə o, daha sonra bildirib.(publika.az)
Mənbə: olke.az