Xarici xüsusi xidmət orqanlarının tapşırığı ilə cinayətlərdə ittiham olunanların məhkəməsi başlayıb

Xarici xüsusi xidmət orqanlarının tapşırığı ilə cinayətlərdə ittiham olunanların məhkəməsi başlayıb

Xarici xüsusi xidmət orqanlarının tapşırığı ilə bir sıra ağır cinayətlər törətməkdə təqsirləndirilən Edik İsrafilov, Amid Məmmədov və Nurlan Səfərovun cinayət işi üzrə məhkəməsi başlayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Nigar İmanovanın sədrliyi ilə keçirilən ilkin baxış iclasında prokuror təqsirləndirilənlərə ittiham aktını elan edib.

Daha sonra sübutların ardıcıllığı ilə prosesdə təqsirləndirilənlərin sərbəst ifadələri dinlənilib.

Növbəti proses oktyabrın 6-na təyin edilib.

Xarici xüsusi xidmət orqanlarının tapşırığı ilə ağır cinayətlər törətməkdə təqsirləndirilən Edik İsrafilov, Amid Məmmədov və Nurlan Səfərov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.

Adları çəkilən şəxslər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 279.1-ci (Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak etmə) və 302.1-ci (Qanunsuz əməliyyat-axtarış tədbirləri keçirmə) maddələri ilə ittiham olunaraq, barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Elgün Həsənli

Mənbə: oxu.az