Lerik rayonunda zəlzələ olub.
Bununla bağlı Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Bildirilib ki, yerli vaxtla 11:14-də qeydə alınan zəlzələnin maqnitudası 3,1 olub.
Zəlzələnin ocağı 23 kilometr dərinlikdə yerləşib.
Zəlzələ hiss olunmayıb.
Mənbə: qafqazinfo.az