Bu ilin ilk 6 ayında 35 minə yaxın adamı it dişləyib

Bu ilin ilk 6 ayında 35 minə yaxın adamı it dişləyib

2026-cı ilin ilk 6 ayı ərzində heyvanlar 34 776 nəfəri dişləyib.

Bunu Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin direktor müavini Rita İsmayılova deyib.

O bildirib ki, sadəcə həmin şəxslər arasında 1 nəfərdə quduzluq halı müşahidə olunub.

Rita İsmayılova vurğulayıb ki, heyvanlar 2023-cü ildə 43 mindən çox, 2025-ci ildə isə 45 mindən çox insanı dişləyib.

Onun sözlərinə görə, Azərbaycanda quduzluq hallarında azalma tendensiyası nümayiş edilir. (Apa.az)

Bizim.Media

Mənbə: bizim.media