Tbilisidə Azərbaycan bayrağı olan stend aşırdılıb - Fotolar

Tbilisidə Azərbaycan bayrağı olan stend aşırdılıb -

Gürcüstanın paytaxtı Tbilisinin yaxınlığındakı Krtsanisi Milli Meşə Parkında Azərbaycan Respublikasının bayrağı olan stend aşırdılıb, stenddəki Azərbaycan bayrağının üzəri isə cızılıb.

Hadisə sentyabrın 29-da qeydə alınıb.

Bununla belə, Gürcüstan bayrağına zədə yetirilməyib.

Qeyd edək ki, stend Azərbaycan və Gürcüstan dostluğunun simvolu olaraq ərazidə basdırılmış ağacların önündə yerləşirdi.



Mənbə: qafqazinfo.az