Rusiya Kiyevdə məktəbi vurdu

Rusiya Kiyevdə məktəbi vurdu

Oktyabrın 1-də Rusiyaya məxsus pilotsuz təyyarə Kiyevin Solomenski rayonundakı məktəb binasına hücum edib.

Uşaqlar həmin vaxt sığınacaqda olublar, binada yanğın baş verib.

Bu barədə şəhər meri Vitali Kliçko sosial mediada məlumat verib

“Solomenski rayonunda PUA məktəb binasına dəyib. Yanğın baş verib. Uşaqlar sığınacaqda gizləniblər", - Kliçko yazıb.

O, hadisə yerinə təcili yardım xidmətlərinin göndərildiyini söyləyib.

Mer həmçinin Solomenski rayonunda dron qəzası nəticəsində anbar binasının zədələndiyini bildirib.

Mənbə: publika.az