“Sovetski”də meyit aşkarlandı

“Sovetski”də meyit aşkarlandı

Bakıda 27 yaşlı şəxsin meyiti tapılıb.

Hadisə sentyabrın 30-u saat 12 radələrində Yasamal rayonu Mustafa Sübhi küçəsində baş verib.

“Sovetski” adlanan ərazidə ölən şəxsin Hacıqabul rayon sakini 1999-cı il təvəllüdlü Mirzə Rzayev olması müəyyənləşib.

Onun üzərində zorakılıq izi aşkar edilməyib.

Faktla bağlı araşdırma aparılır. (Qafqazinfo.az)

Bizim.Media

Mənbə: bizim.media