Türkiyənin Manisa şəhərində mədən çöküb.
“TRT Haber”ə istinadən xəbər verilir ki, hadisə Soma bölgəsində yerləşən mədəndə qeydə alınıb.
Çökmə zamanı mədəndə 7 işçinin olduğu, onlardan ikisinin xilas edildiyi bildirilir.
Digər mədənçilərin axtarışları davam etdirilir.
Mənbə: qafqazinfo.az