Azərbaycanlı hərbçi naməlum şəraitdə Ermənistan ərazisinə keçib.
Bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.
Məlumata əsasən, oktyabrın 1-də yerli vaxtla saat 14:15-də Sünik vilayətinin Şəki yaşayış məntəqəsində Azərbaycan əsgəri Ermənistan təhlükəsizlik orqanları tərəfindən saxlanılıb.
Qeyd olunur ki, Sünikin Şəki kəndində Azərbaycan əsgərinin saxlanması barədə Azərbaycan tərəfinə də məlumat təqdim edilib. Hazırda Ermənistan İstintaq Komitəsində faktla bağlı araşdırma aparılır. Yaxın dəqiqələrdə məsələ ilə əlaqədar Azərbaycan tərəfinin də açıqlama yayacağı gözlənilir.
Mənbə: www.bakupost.az