Bərdə rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Yol-nəqliyyat hadisəsi rayonun Şahvəlilər kəndi ərazisind olub.
Belə ki, hərəkətdə olan “KIA Rio” markalı avtomobil “VAZ-2106” markalı maşınla toqquşub.
Qəza nəticəsində xəsarət alan şəxslər təcili tibbi yardım maşını ilə Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Ziya Əmirxanlı


Mənbə: qafqazinfo.az