Gəncədə yaşlı qadını maşın vurdu - FOTO

Gəncədə yaşlı qadını maşın vurdu -

Gəncədə yaşlı qadının xəsarəti ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Qəza şəhərin 28 may küçəsində qeydə alınıb.

Hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən 1959-cu il təvəllüdlü Nəcibə Əsgərovanı avtomobil vurub. 67 yaşlı qadın xəstəxanalardan birinə yerləşdirilib.

Ona ilkin tibbi yardım göstətilib, vəziyyəti orta-ağırdır. Hadisə yerinə yol polisi əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma başlanılıb.

Mənbə: bizim.media