“Nikosayağı” adı ilə tanınan bloger Nicat Şükürlü övladlarının fotosunu paylaşıb.
Bloger ailəsi ilə istirahətə yollandığını bildirib. O, övladları ilə görüntülərini sosial şəbəkə hesabında yayımlayıb.
Qeyd edək ki, 2023-cü ilin avqustunda N.Şükürlü idarə etdiyi “Porsche” markalı avtomobillə yük maşınına çırpılıb. Qəza nəticəsində avtomobildə olan blogerin dostu Ruslan Məmmədov vəfat edib. N.Şükürlü isə ağır xəsarət alıb və sağ qolu dirsəkdən amputasiya olunub.(Axşam.az)

Mənbə: publika.az