Fransada etiraza qalxan yeniyetmələr Metz şəhərindəki "Fransua Rabelais" məktəbini yandırıblar.
Bu barədə BFMTV məlumat yayıb.
Qeyd edilib ki, məktəb binası tamamilə dağıdılıb, alov içində olub və bir gecədə yanaraq külə çevrilib.
Polis həmçinin Marseldə bir qadının üzünə balonla qaz püskürdərək onu yandıran gənc oğlanı həbs edib.
Xatırladaq ki, Fransada təxminən iki həftədir ki, yeniyetmələrin mitinqləri və iğtişaşları davam edir. Onlar müəllim çatışmazlığına, sinif otaqlarının həddindən artıq dolu olmasına, məktəblərin pis vəziyyətsə olmasına və daha sərt rejimli dərs cədvəllərinə etiraz edirlər. İğtişaşlar universitetlərə yayılıb və həmçinin talanlara və polislə toqquşmalara çevrilib.
Müəllif: Tural
Mənbə: publika.az