Bakı–Qazax yolunda avtomobil velosipedçini vuraraq öldürdü

Bakı–Qazax yolunda avtomobil velosipedçini vuraraq öldürdü

Ucarda avtomobil velosipedçini vuraraq öldürüb.

Hadisə Bakı–Qazax magistralının rayonun Qazıqumlaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Bakı istiqamətində hərəkətdə olan “Mercedes” markalı minik avtomobili velosipedçini vurub.

Ağır xəsarət alan 40–45 yaşlı kişi hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: bizim.media