Türkiyənin Hakkari şəhərinin Yüksekova rayonunda canlı arı pətəklərinin içərisindəki şanların arasına gizlədilmiş vəziyyətdə 91,1 kq narkotik vasitə ələ keçirilib.
Bu barədə Türkiyənin Daxili İşlər Nazirliyinin (DİN) "X" sosial şəbəkə hesabında yaydığı məlumatda qeyd olunub.
"Hakkari Vilayət Polis İdarəsinin əməkdaşları və Yüksekova Respublika Baş Prokurorluğunun koordinasiyası ilə, narkotik vasitələrin ticarəti və daşınmasının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində narkotik vasitələrin ticarəti ilə məşğul olan şəxslərə qarşı təxminən 1 ay davam edən fiziki və texniki izləmə nəticəsində şübhəli bir TIR əməkdaşlarımız tərəfindən saxlanılıb", - paylaşımda yazılıb.
Qeyd olunub ki, TIR-da aparılan ətraflı axtarış zamanı, canlı arıların olduğu arı pətəklərinin içərisindəki şanların arasına gizlədilmiş vəziyyətdə 85,9 kq skank və 5,2 kq toz marixuana narkotik vasitəsi olmaqla, ümumilikdə 91,1 kq narkotik maddə ələ keçirilib.
"3 şübhəlilər saxlanılıb.
Zəhər tacirlərinin gizlətmə və daşıma üsulları nə qədər fərqli olursa olsun, qəhrəman polislərimizin dəqiq işi sayəsində hər cür üsulu deşifrə edir, cinayətkarları tək-tək aşkara çıxarırıq".
Mənbə: publika.az