Tanınmış kardioloq Üzeyir Rəhimov özəl xəstəxanalarda icbari sığortanın olmamasından narazılıq edib.
O bu barədə “Barometr TV”yə danışıb.
“Bəli, özəl xəstəxanalara sığorta haqqı verilmir. Nəticədə, sizin vətəndaşlıq haqlarınızı pozurlar, həkim seçmə haqqınızı əlinizdən alırlar, məcbur edirlər ki, başqa dövlət xəstəxanasına gedəsiniz. Dövlət xəstəxanasında isə yaxşı həkimlər olur. Sadəcə orada ən böyük problem alqı-satqı, ləvəzimat əksikliyidir, bu da çox ciddi defektdir.
Ağır işlədiyi üçün xəstəxanalar malla təmin edilə bilmir, bir çox aparatlar işlək deyil. Buna baxmayaraq, xəstələri özələ yox, başqa xəstəxanalara yönləndirirlər. Özəl xəstəxanada bir avadanlıq sıradan çıxanda yerində həll oluna bilir, amma dövlətdə belə deyil. Proses uzanır”, - Ü.Rəhimov bildirib.
Daha ətraflı videoda:
Mənbə: qafqazinfo.az