Ermənistanda iki polis güllələndi

Ermənistanda iki polis güllələndi

Dünən axşam saatlarında Ermənistanın Kotayk vilayətində patrul əməkdaşları qanunu pozan "Hyundai" avtomobilinin sürücüsünü saxlamaq istəyiblər. Həmin vaxt isə avtomobildən atəş açılıb və nəticədə hər iki polis xəsarətlərlə tibb mərkəzinə çatdırılıb. Onların həyatına təhlükə yoxdur.

Bu barədə informasiyanı Daxili İşlər Nazirliyi yayıb.

İlkin məlumatlara görə, sürücü və avtomobildə olan sərnişin sərxoş vəziyyətdə olublar. Cinayət işi başlanıb.

Tibbi yardım göstərilən polislərdən biri tibb mərkəzindən evə buraxılıb.

Bizim.Media

Mənbə: bizim.media