Həmin nişanı quraşdırmadı, zəncirvari qəzaya səbəb oldu - Video

Həmin nişanı quraşdırmadı, zəncirvari qəzaya səbəb oldu - Video

Bakıda zəncirvari yol qəzası olub.

“Qafqazinfo” xəbər verir ki, Ziya Bünyadov prospektində baş verən hadisədə 3 avtomobilə ciddi zərər dəyib.

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi qəzanın görüntülərini paylaşaraq, sürücülərin yolda dayanarkən qəza nişanını quraşdırmalı olduğunu vurğulayıb: “İrəlidə maneə ilə qarşılaşa bilərsiniz. Vaxtında düzgün ara məsafəsi saxlayın ki, qəzadan yayına biləsiniz. Nəqliyyat vasitəsində texniki nasazlıq yarandısa, vaxt itirmədən ən azı 30 metr məsafədə qəza dayanma nişanı quraşdırın. Əks halda, özünüzlə yanaşı, digərləri qəza iştirakçısı olacaq”.

Mənbə: qafqazinfo.az