İranın cənub-şərqində polis patruluna edilən hücum nəticəsində iki təhlükəsizlik işçisi həlak olub.
Bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, naməlum şəxslər Sistan və Bəlucistan əyalətinin Bampur rayonunda patrul xidməti aparan polis əməkdaşlarına atəş açıblar.
İran mediasının məlumatına görə, hücum Amerika-İsrail qüvvələrinin muzdlu əsgərləri olan terrorçular tərəfindən həyata keçirilib.
Müəllif: Tural
Mənbə: publika.az