İstanbulda məktəbdə dəhşətli hadisə: 5 qız şagird bıçaqlandı

İstanbulda məktəbdə dəhşətli hadisə: 5 qız şagird bıçaqlandı

İstanbulun Başakşehir rayonundakı Şeyx Şamil İmam Hatip Orta Məktəbində dəhşət yaşanıb.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, şagirdin bıçaqlı hücumu nəticəsində beş qız şagird yaralanıb. Hadisə yerinə tibbi briqadalar göndərilib və yaralı şagirdlər təcili yardım maşını ilə xəstəxanaya aparılıb.

Hadisəni törədən məktəbli saxlanılıb.

Mənbə: news.milli.az