“El-Nino” iqlim hadisəsi 100 ölkədə 347 milyondan çox uşağı risk altında qoya bilər.
Bu barədə UNİCEF məlumat yayıb.
Qurumun proqnozlarına görə, 2026-cı ilin oktyabr-dekabr aylarında “El-Nino”nun səbəb olduğu qeyri-adi quraq və rütubətli hava şəraiti güclü daşqınlar və quraqlıqlar da daxil olmaqla, ekstremal hava hadisələrinin artmasına səbəb ola bilər.
Bunun uşaqların həyatı, sağlamlığı və təhsilinə ciddi təhlükə yaradacağı bildirilib.
Qeyd olunub ki, belə şəraitlə üzləşəcəyi ehtimal edilən uşaqların ən böyük hissəsi Asiya və Sakit okean regionunda (190 milyon) yaşayır. Bu siyahını Şərqi və Cənubi Afrika (41 milyon), Latın Amerikası və Karib hövzəsi (41 milyon), Avropa və Mərkəzi Asiya (22 milyon), Yaxın Şərq və Şimali Afrika (20 milyon), həmçinin Qərbi və Mərkəzi Afrika (20 milyon) tamamlayır.
Müəllif: Roza
Mənbə: publika.az