Rusiyanın İrkutsk vilayətinin Anqarsk şəhərində yaşayış binasının həyətində ayı başı aşkar edilib.
Bizim.Media xəbər verir ki, polis hazırda araşdırma aparır.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hazırda həmin hissənin ictimai əraziyə kim tərəfindən və hansı səbəbdən qoyulduğunu müəyyənləşdirməyə çalışırlar.
Ehtimal olunan şahidlərlə söhbətlər aparılır. Araşdırmanın nəticələrinə əsasən müvafiq prosessual qərar qəbul ediləcək.

Bizim.Media
Mənbə: bizim.media