Zelenski acı xəbəri verdi: “Prilukiyə zərbədə…”

Zelenski acı xəbəri verdi:   “Prilukiyə zərbədə…”

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Çerniqov vilayətinin Priluki şəhərində yaşayış binasına endirdiyi zərbə nəticəsində 4 uşağın öldüyünü açıqlayıb.

Globalinfo.az-a istinadla xəbər verilir ki, Zelenski ölən uşaqlardan üçünün cəmi bir yaşında, digərinin isə 8 yaşında olduğunu deyib.

Ümumilikdə 18 nəfərin öldüyü bildirilir.
Onlarla insan yaralanıb, onların arasında 7 uşaq da var.
Xilasedicilər dağıntılar altında axtarışları davam etdirir. Zelenski hücumu qəsdən törədilən terror aktı kimi qiymətləndirib.

Mənbə: www.bakupost.az