Sumqayıtda 32 yaşlı kişi faciəvi şəkildə öldü

Sumqayıtda 32 yaşlı kişi faciəvi şəkildə öldü

Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq ölüb.

Report-a istinadla xəbər verilir ki, hadisə Yaşma bağları ərazisində yerləşən fərdi yaşayış evində qeydə alınıb.

Məlumata görə, 1994-cü il təvəllüdlü Məzahir Zahid oğlu Mejdunov yaşadığı evin hamam otağında dəm qazından boğularaq həyatını itirib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

Mənbə: konkret.az