Ukrayna "Yandex"in fəaliyyətini iflic etdi

Ukrayna "Yandex"in fəaliyyətini iflic etdi

Ukrayna Rusiya İT nəhəngi Yandex-in daha bir data-mərkəzini sıradan çıxarıb.

Vladimir vilayətindəkli mərkəzə hücumu Rusiya rəsmiləri də təsdiqləyiblər.

Zərbələr "Yandex"-in 2880 İT rəfi üçün nəzərdə tutulmuş 50 MVt gücündə məlumat mərkəzini hədəf alıb.

Şirkətin yaydığı açıqlamadan aydın olur ki, Vladimirdəki məlumat mərkəzi dron hücumu nəticəsində tamamilə bağlanıb; şirkət bildirib ki, heç kim xəsarət almayıb. Zərbədən sonra Yandex Alice, Yandex Music və Yandex Telemost fəaliyyətini dayandırıb.

Mənbə: olke.az