Görkəmli alim, filologiya elmləri doktoru, professor Tərlan Aslan oğlu Quliyev vəfat edib.
Bu barədə Beynəlxalq Muğam Mərkəzi məlumat yayılıb.
Qeyd edək ki, T.Quliyev Azərbaycan ədəbiyyatşünaslığının inkişafına mühüm töhfələr verib, klassik ədəbiyyatımızın, əruz vəzninin, qafiyəşünaslığın və mətnşünaslığın tədqiqində özünəməxsus xidmətləri ilə seçilib.
O, eyni zamanda, “Kitabi-Dədə Qorqud”un Vatikan nüsxəsinin müasir Azərbaycan əlifbasına çevrilərək nəşr olunması ilə mətnşünaslıq sahəsində də mühüm işlər görüb.
Mənbə: qafqazinfo.az