Təbriz küçəsində təhlükəli vəziyyət: Təmir ərazisində yol nişanları yoxdur – VİDEO

Təbriz küçəsində təhlükəli vəziyyət: Təmir ərazisində yol nişanları yoxdur –

Bakının Nərimanov rayonunda təmir işlərinin aparıldığı küçədə yol nişanlarının quraşdırılmaması sakinlərin narahatlığına səbəb olub.

Bu barədə oxu.az-ın qaynar xəttinə şikayət daxil olub.

Bildirilib ki, Təbriz küçəsində hazırda yeni səki quraşdırılması işləri aparılmasına baxmayaraq ərazidə piyadaların və sürücülərin təhlükəsizliyini təmin etmək üçün heç bir xəbərdaredici və istiqamətləndirici yol nişanları yerləşdirilməyib. Bu isə xüsusilə piyadalar üçün ciddi risk yaradır.

"Bu küçədə ali məktəblərin olduğunu da nəzərə almayıblar. Tələbələr dərsdən çıxanda bu yolda olduqca təhlükəli vəziyyət yaranır. Avtomobillər piyadalara yol vermirlər, piyadalar isə məcburən avtomobil zolağı ilə hərəkət etməli olurlar", - deyə şikayətdə bildirilib.


Mənbə: bizim.media