Azərbaycanda cinayət törədən 14–29 yaşlı gənclərin sayı son 15 ildə azalıb.
Statistika Komitəsinin məlumatlarına əsasən xəbər verilir ki, 2010-cu ildə cinayət törətmiş 14–29 yaşlı şəxslərin sayı 7 076 nəfər olduğu halda, 2025-ci ildə bu göstərici 5 581 nəfərə düşüb.
Beləliklə, 15 il ərzində cinayət törədən gənclərin sayı 1 495 nəfər və ya təxminən 21,1 faiz azalıb.
Eyni zamanda, gənclərin ümumi cinayət törədən şəxslər arasında payında da azalma qeydə alınıb. Belə ki, 2010-cu ildə 14–29 yaşlı şəxslər cinayət törədənlərin 37,9 faizini təşkil etdiyi halda, 2025-ci ildə bu göstərici 26,5 faizə enib.
Fəridə
Mənbə: bizim.media