Pedaqoji Universitetdəki antisanitariya ilə bağlı AÇIQLAMA

Pedaqoji Universitetdəki antisanitariya ilə bağlı   AÇIQLAMA

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) tələbələri təhsil müəssisəsindəki təmirsizlikdən və sanitar qovşaqlarının vəziyyətindən şikayət ediblər. Bununla bağlı fotolar patrul.az-a göndərilib.

Tələbələrin sözlərinə görə, illik 2 300 manat təhsil haqqı ödəmələrinə baxmayaraq, universitetin divarlarında çatlar var, dam örtüyü ilə bağlı problemlər yaşanır, sanitar qovşaqlarında isə antisanitar vəziyyət hökm sürür.
Məsələ ilə bağlı "Bakupost"un sorğusuna cavab olaraq ADPU-nun mətbuat xidmətindən bildirilib ki, sözügedən görüntülər yeni deyil, əvvəlki illərdə çəkilib.
“ADPU olaraq universitetin tədris binalarında zaman-zaman yaranan cari təmir ehtiyacları ilə bağlı tədbirlər görülür. Bununla yanaşı, bütün sanitar qovşaqların mərhələli şəkildə tam təmiri nəzərdə tutulur”, – deyə açıqlamada qeyd olunub.
Lalə Novruz, BakuPost

Mənbə: www.bakupost.az