Pakistanda 5,9 bal gücündə zəlzələ qeydə alınıb.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Bildirilib ki, zəlzələnin episentri təxminən 141 min nəfər əhalisi olan Xuzdar şəhərindən 46 kilometr şimal-qərbdə yerləşib. Yeraltı təkanların ocağı 35 kilometr dərinlikdə olub.
Xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb.
Mənbə: bizim.media