Vüsal İbrahimovun ölüm səbəbi bəlli olub

Vüsal İbrahimovun ölüm səbəbi bəlli olub

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal İbrahimovun ölüm səbəbi məlum olub.

Bizim.Media-nın əldə etdiyi məlumata görə, V.İbrahimov ürəktutmasından vəfat edib.

Xatırladaq ki, mərhumun meyiti bu gün səhər saatlarında Şamaxı şəhərində kirayədə yaşadığı evdə tapılıb. V.İbrahimov sabah Bakıda keçiriləcək kitab sərgisində iştirak etməyi planlaşdırırmış.

Mərhum sabah saat 12:00-da doğulduğu Gəncə şəhərində dəfn olunacaq. Mərhumun ailəsi Bakıda yaşayır, 5 övladı yadigar qalıb.

Allah rəhmət eləsin!

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Mənbə: bizim.media