Fransada talançılar yalnız bu mağazaya toxunmadılar - FOTO

Fransada talançılar yalnız bu mağazaya toxunmadılar - FOTO

Fransada etirazlar zamanı küçələrdə baş verən qarət və talan hadisələri fonunda kitab mağazasının zərər görməməsi diqqət çəkib.

Bu barədə sosial mediada görüntülər yayılıb.

Dumanın bürüdüyü, zibil və qutuların küçələrə səpələndiyi ərazidə kitab mağazasının sahibi sakit şəkildə oturaraq yeməyini yeməyə davam edib.

Maraqlıdır ki, mağazanın vitrinindəki kitablar səliqəli şəkildə rəflərdə qalıb, şüşələr isə salamat olub. Ətrafdakı iş yerlərinin talan edildiyi bir vaxtda kitab mağazasına toxunan olmayıb.

Sahibinin qapını açıq saxlayaraq müştəriləri gözləməsinə baxmayaraq, mağazaya heç kimin daxil olmadığı bildirilib.

Mənbə: publika.az