41 yaşında vəfat edən regional mədəniyyət idarəsinin rəisi dəfn edildi - FOTO

41 yaşında vəfat edən regional mədəniyyət idarəsinin rəisi dəfn edildi -

Ötən gün qəfil vəfat edən Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin rəisi, 41 yaşlı Vüsal İbrahimov bu gün Gəncə şəhərindəki qəbiristanlıqların birində torpağa tapşırılıb.

Mərhum Vüsal İbrahimov avqust ayından mədəniyyət naziri Adil Kərimlinin əmri ilə Mədəniyyət Nazirliyinin Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsindən Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinə rəis göndərilmişdi.

Xatırladaq ki, ötən gün V. İbrahimovun Şamaxıda yaşadığı evdə meyiti tapılıb.


Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.

Mənbə: bizim.media