Xəbər hazırlayarkən xəbərin qəhrəmanı oldular - Video

Xəbər hazırlayarkən xəbərin qəhrəmanı oldular - Video

Avstraliyada “ABC” telekanalının müxbiri Uill Murrey Brisben şəhərinin şimalında baş verən daşqınlardan reportaj hazırlayarkən bir nəfərin avtomobili ilə batdığını müşahidə edib.

Şəhər sakinlərindən biri avtomobili ilə su basmış küçədən keçmək istəyib. Lakin qısa zamanda suda ilişən avtomobil batmağa başlayıb.

Bunu görən telekanalın jurnalisti və kənar bir şəxs üzərək həmin şəxsin köməyinə çatıb.

Onlar sürücünü batan avtomobildən çıxararaq son anda xilas edə biliblər.

Hadisənin görüntüləri isə sosial şəbəkələrdə maraqla qarşılanıb.

Mənbə: qafqazinfo.az