Melonidən etirazçılara sərt tədbir: 5 ilədək həbs cəzası

Melonidən etirazçılara sərt tədbir: 5 ilədək həbs cəzası

İtaliyada etirazların zorakılığa çevrilməsi və təxminən 200 təhlükəsizlik əməkdaşının yaralanmasından sonra baş nazir Corcia Meloninin hökuməti yeni tədbirlər görüb.

İtaliya Nazirlər Şurasının qəbul etdiyi yeni qaydalara əsasən, nümayişlər zamanı zorakılıq törədən şəxslər 5 ilədək həbs və 20 min avroyadək cərimə ilə cəzalandırıla bilərlər.

İştirakçıların üzlərini gizlətməsi və ya hadisələr zamanı insanların yaralanması cəzanın ağırlaşdırılmasına səbəb ola bilər. Talan və əmlaka zərər vurma hadisələrində iştirak edən yetkinlik yaşına çatmayanların törətdiyi maddi zərərə görə isə ailələri də məsuliyyətə cəlb oluna bilərlər.

Qeyd edək ki, İtaliyada yaşayış xərclərinin artmasına və təhsil şəraitinə qarşı keçirilən etirazlar, xüsusilə Milan şəhərində, zorakılıqla müşayiət olunub. Hadisələr zamanı mağazaların şüşələri sındırılıb, iş yerləri talan edilib və ictimai əmlaka ziyan vurulub.

Müəllif: Roza

Mənbə: publika.az