Vurulan gəmidə sağ qalan azərbaycanlıların adları - Açıqlandı

Vurulan gəmidə sağ qalan azərbaycanlıların adları -

Qara dənizdə Rumıniya sahillərində batan ticarət gəmisində olan azərbaycanlıların adları məlum olub.

Axar.az-a istinadən xəbər verilir ki, gəminin göyərtəsində olan üç Azərbaycan vətəndaşı xilas edilib.

Onlar Kənan Cabbar oğlu Həsənov, Rüfən Xaliq oğlu Əhmədov və İmran Hüseyn oğlu Tağıyevdir.

Məlumata görə, hücum zamanı Rüfən Əhmədov yüngül xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

Mənbə: qafqazinfo.az