Magistral yolda ağır qəza - xəsarət alanlar var - FOTO

Magistral yolda ağır qəza - xəsarət alanlar var - FOTO

Naxçıvan-Şahbuz magistralında ağır qəza, xəsarət alanlar var.

APA-ya istinadla xəbər verilir ki, hadisə Naxçıvan-Şahbuz magistralının Babək rayonu Vayxır kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, "Mercedes" markalı avtomobilin toqquşması nəticəsində 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlar - 1986-cı il təvəllüdlü Abbasova Gülay Taptıq qızı, 2017-ci il təvəllüdlü Nağıyev İsa Asəf oğlu, 2004-cü il təvəllüdlü Hacıyeva Sevinc Namiq qızı, 1985-ci il təvəllüdlü Hacıyeva Gülnar Yusif qızı, 1982-ci il təvəllüdlü Hacıyev Namiq Nəbi oğlu və 2003-cü il təvəllüdlü Nağıyev Cəmil Asəf oğlu Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Mənbə: olke.az