Bakı, 27 oktyabr, AZƏRTAC
Masallı rayonunda polis narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat həyata keçirib.
Daxili İşlər Nazirliyindən AZƏRTAC-a bildirilib ki, tədbirlərlə saxlanılan E.Mirzəyevdən 7 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırma aparılır.
Mənbə: azertag.az