Samuxda 32 yaşlı kişi bıçaqlandı

Samuxda 32 yaşlı kişi bıçaqlandı

Samuxda 32 yaşlı kişi bıçaqlanıb.

Oxu.Az-ın xəbərinə görə, 1994-cü il təvəllüdlü Yusif Eyvazov rayonun Qarayeri qəsəbəsində mübahisə zəminində bıçaqlanıb.

Zərərçəkən xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Hadisəni törətməkdə şübhəli bilinən isə 1985-ci il təvəllüdlü Ülfət Hüseynovdur. O, polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Mübahisənin səbəbi hələ məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Yusuf Məmmədli

Mənbə: oxu.az