Bakının mərkəzində qəzaya düşən maşın səkiyə çıxdı - Video

Bakının mərkəzində qəzaya düşən maşın səkiyə çıxdı - Video

Bu gün paytaxtın Nəsimi rayonu ərazisində - Səməd Vurğun və Süleyman Rəhimov küçələrinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, yol hərəkəti qaydalarının pozulması nəticəsində “Hyundai” və “BYD” markalı 2 nəqliyyat vasitəsi toqquşub.

Zərbənin təsirindən “Hyundai” yolun hərəkət hissəsindən çıxaraq səkiyə doğru istiqamətlənib.

Xoşbəxtlikdən həmin vaxt səkidə piyada olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: qafqazinfo.az