Ağdamda bədbəxt hadisə nəticəsində 68 yaşlı qadının əl barmağı qopub.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə rayonun Əhmədağalı kəndində baş verib.
Belə ki, kənd sakini 1958-ci il təvəllüdlü Məmmədova Yasəmən Əşrəf qızı tövlədə heyvanını bağlayarkən əli ipin dolaşması nəticəsində sol əlinin bir barmağını itirib.
Yaralı Bərdə Diaqnostika Mərkəzinə çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Ziya Əmirxanlı
Mənbə: qafqazinfo.az