"Haber Global"a istinadən xəbər verilir ki, xəstəxanada həkimlərin müdaxiləsinə baxmayaraq, hərbçinin həyatını xilas etmək mümkün olmayıb.
Türkiyənin Milli Müdafiə Nazirliyi hadisə ilə bağlı açıqlama yayıb. Açıqlamada deyilir:
"Oktyabrın 31-də 7-ci Sərhəd Briqadasının Hakkarinin Yüksekova rayonunda sərhəd pozuntusu hadisəsinə müdaxilə zamanı açılan atəşdən yaralanan silahdaşımız, müqaviləli piyada əsgər Yusuf Sait Ünlü helikopterlə Hakkari xəstəxanasına çatdırılıb. Lakin həkimlərin bütün cəhdlərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb və o, şəhid olub. Bizləri dərin kədər və hüznə boğan bu hadisədə həyatını itirən əziz şəhidimizə Allahdan rəhmət, kədərli ailəsinə, Türkiyə Silahlı Qüvvələrinə və nəcib xalqımıza başsağlığı və səbir diləyirik".

Mənbə: oxu.az