17 yaşlı oğlanın sürdüyü maşın elektrik dirəyinə çırpıldı - Foto

17 yaşlı oğlanın sürdüyü maşın elektrik dirəyinə çırpıldı - Foto

Bərdədə sürətlə hərəkət edən avtomobil elektrik dirəyinə çırpılıb.

Hadisə 588 saylı qəsəbə ərazisində baş verib.

Həmin qəsəbə sakini 17 yaşlı Şirin Səfərzadə VAZ-21011 markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək elektrik dirəyinə çırpılıb.

Qəza nəticəsində yeniyetmə sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb, ağır vəziyyətdə Bərdə Diaqnostika Mərkəzinə çatdırılıb.

Qeyd edək ki, qəza törədən sürücü 18 yaşına çatmadığından avtomobil idarə etmək hüququna malik deyil. Hadisə ilə bağlı araşdırma aparılır.

Ziya Əmirxanlı

Mənbə: qafqazinfo.az