ABŞ balıqçı gəmisini vurdu? - 2 nəfər itkin düşüb, 1 yaralı var

ABŞ balıqçı gəmisini vurdu? -

ABŞ İranın Keşm adası yaxınlığında iki balıqçı gəmisinə hücum edib, nəticədə 2 balıqçı itkin düşüb, 1 nəfər isə yaralanıb.

"Reuters"ə istinadən xəbər verilir ki, bu barədə İranın "IRIB" dövlət teleşirkəti bildirib.

Mövcud məlumatlara görə, hadisə oktyabrın 31-i baş verib.

ABŞ tərəfi hələlik hücumla bağlı məlumatı təsdiqləməyib.

Mənbə: publika.az