Keçmiş hakimdən 1000-dən çox qızıl külçə müsadirə edildi - Şok təfərrüat(FOTO)

Keçmiş hakimdən 1000-dən çox qızıl külçə müsadirə edildi -

Rusiyada maraqlı müsadirə prosesi baş tutub.

TASS-a istinadən xəbər verilir ki, Rusiya Federasiyası Baş Prokurorluğunun qaldırdığı iddia əsasında məhkəmə icraçıları Krasnodar Vilayət Məhkəməsinin keçmiş sədri Aleksandr Çernovdan və onun ailə üzvlərindən müsadirə edilmiş xeyli qızıl külçə və sikkəni artıq aidiyyəti quruma təhvil veriblər.

Bu barədə nəşrə açıqlama verən Federal Məhkəmə İcraçıları Xidmətinin (FSSP) direktoru Dmitri Aristov bildirib ki, icra prosesinin bir hissəsi olaraq, məhkəmə icraçıları mindən çox qızıl külçə və sikkəni "Qoxran"a təqdim ediblər.

Qeyd edək ki, "Qoxran" Rusiya Federasiyasının Maliyyə Nazirliyi yanında Rusiya Federasiyasının Qiymətli Metallar və Qiymətli Daşlar üzrə Dövlət Fondunun Formalaşdırılması, Qiymətli Metalların və Qiymətli Daşların Saxlanılması, Buraxılışı və İstifadəsi üzrə Dövlət Müəssisəsidir.

Xatırladaq ki, aprel ayında Krasnodarın Oktyabrski Rayon Məhkəməsi Baş Prokurorluğun qaldırdığı iddia əsasında keçmiş hakim Çernov və onun əlaqəli yaxın şəxslərə məxsus təxminən 900 milyon rubl dəyərində əmlakı müsadirə etmişdi. Müsadirə edilmiş əmlaka 9100 kvadrat metr torpaq sahəsi, 22 milyon rubl və 36 kq qızıl - qızıl külçələr və sikkələr daxil idi.

2025-ci ilin avqust ayında isə Krasnoqorsk Şəhər Məhkəməsi Baş Prokurorluğun iddiasına əsasən Çernov və onunla əlaqəli şəxslərə məxsus 13 milyard rubl dəyərində 87 daşınmaz əmlak müsadirə edərək dövlətə təhvil verilmişdi.

Çernov 1994-cü ildən Krasnodar Vilayət Məhkəməsinə rəhbərlik edib. 2019-cu ildə yaş həddinə görə təqaüdə çıxıb. O, Kiprdə yaşayır.

Müəllif: Tural

Photo

Mənbə: publika.az